"Atletik"in futbolçusu "Mançester Yunayted"dən imtina etdiyini açıqladı

İspaniyanın "Atletik" klubunun vingeri İnaki Villiams yayda "Mançester Yunayted"ə transfer olmaqdan imtina etdiyini açıqlayıb.

 

Sportal.az "Cadena Ser"ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Bilbao klubu ilə müqaviləni uzatmağa qərar verdiyini deyib:

 

"Yayda "Mançester Yunayted"lə danışıqlar apardım. Uzun müddət danışıqlar davam elədi. Ancaq mənim üçün ilk seçim hər zaman "Atletik"dir".

 

"Bir gün "Real Sosyedad" formasını geyinə bilərsiniz" sualına Qana əsilli ispan futbolçu belə cavab verib:

 

"Həyatda belə şey baş verə bilməz, xeyr! 100 faiz deyirəm. "Real Sosyedad" formasını geyinmərəm".

 

Villiams bu yay "Atletik"lə müqaviləsini 2028-ci ilə qədər uzatmışdı.

Tarix: 12 Sentyabr [12:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Yanvar 2020
17  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio