"Qarabağ" - "Sevilya": FAKTLAR

15:11 - 12 Sentyabr 2019

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, UEFA-nın saytı sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın afişasını hazırlayıb:
 
- “Sevilya” altıncı dəfə UEFA Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaq. İspaniya klubu beşinci dəfə turnirin qrup mərhələsində iştirak edəcək Ağdamın “Qarabağ” komandasının qonağı olacaq.
 
- “Sevilya” daha əvvəl Azərbaycan klubu ilə üz-üzə gəlməyib. “Qarabağ” isə 2017/2018 mövsümündə İspaniyanın “Atletiko” klubu ilə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıb. Azərbaycan çempionunun madridlilərlə xoş xatirəsi var. Onlar ilk dəfə çıxış etdiyi turnirdə “Atletiko”ya uduzmadı – 0:0; 1:1.
 
- “Qarabağ” son Azərbaycan çempionudur. Onlar 2018/19 mövsümündə “Neftçi”ni 8 xal qabaqlayaraq 7-ci dəfə çempion oldular. Bununla yanaşı, ardıcıl beşinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəliblər. Komanda ötən mövsüm “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə eyni qrupda mübarizə apardı və 3 xal topladı.
 
- “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL (Kipr) səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.
 
- “Qarabağ” daha əvvəl qrup mərhələsini heç vaxt adlaya bilməyib.
 
- “Qarabağ” qrup mərhələlərində “Atletiko” ilə 0:0 hesablı heç-heçə etdikləri oyun istisna olmaqla 6 ev oyununda qalib gələ bilməyib. Ötən mövsüm “Qarabağ” Avropada ən ağır məğlubiyyətini “Sportinq”ə 1:6 hesabı ilə uduzmaqla aldı.
 
- “Sevilya” ötən mövsüm Avropa Liqasında II təsnifat mərhələsində mübarizəyə “Uypeştt”lə (Macarıstan) başladı və 1/8 finala qədər irəlilədi. Komanda bu mərhələdə “Slaviya” (Çexiya) klubuna uduzdu.
 
- Əndəlüsiya klubu ötən mövsüm İspaniya La Liqasında 6-cı yeri tutdu və beşinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Komanda iki dəfə qrupu lider tamamlayıb.
 
- “Sevilya” ötən mövsüm Avropa Liqasında səfərdə keçirdiyi oyunların 5-də qalib gəlib, 4-də heç-heçə edib, 2-də uduzub. Komandanın məğlubiyyətlərini “Krasnodar” (Rusiya) və “Standart”dan (Belçika) alıb.
 
- “Qarabağ” altıncı, “Sevilya” isə ardıcıl yeddinci dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir.
 
- “Qarabağ”ın heyətində üç ispaniyalı futbolçu var: Xayme Romero, Miçel və Dani Kintana.
 
- “Sevilya”nın portuqaliyalı müdafiəçisi Daniel Karissu Avropa Liqasının qrup mərhələsində 59 oyun keçirib və bu göstəricidə hamını üstələyir.
 
- “Sevilya” daha iki qol vursa, Avropa Liqasında 100-cü qolunu vuracaq. Daha öncə bu baryeri “Vilyarreal”, “Latsio”, “Zalsburq” və “Atletik” klubları aşıb.
 
- Qurban Qurbanov Azərbaycan millisində 64 oyuna 14 qol vurmaqla bombardir ünvanına sahibdir. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ” klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edəcək. Bunlardan biri Çempionlar Liqası qrupu olub. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırmışdı.
 
- Xulen Lopeteqi 2019-cu ilin yayında “Sevilya” ilə 3 illik müqavilə imzaladı. Keçmiş qapıçı “Portu”, “Real” (Madrid) və İspaniya yığmasını çalışdırıb.

Xəbər xətti