"Sumqayıt" - "Zirə" oyununda biabırçı hakim səhvi - VİDEO

20:30 - 14 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında "Sumqayıt" "Zirə"yə 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, "Zirə"nin ikinci qolu zamanı hakimlər kobud səhvə yol verib. 88-ci dəqiqədə "Zirə"nin futbolçusu Şafik Tiqrudja topu əllə saxladıqdan sonra qapıdan keçirib. Görüşün baş hakimi Kamal Umudlu isə qolu qeydə alıb.

 

"Sumqayıt" futbolçularının etirazları heç bir nəticə verməyib. Əvəzində referi komandanın kapitanı Rail Məlikovu sarı vərəqə ilə cəzalandırıb.

 

 

Xəbər xətti