Renat Dadaşov "Pasuş Ferreyra"ya lazım deyil

13:07 - 15 Sentyabr 2019

Portuqaliya Premyer Liqasında beşinci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra" səfərdə "Familiako" ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub.

 

Renat Dadaşovun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Portuqaliya mətbuatı 20 yaşlı hücumçunun rəqabətdə uduzduğunu yazmışdı.

 

"Pasuş de Ferreyra" 1 xalla sonuncu - 18-cidir.

Xəbər xətti