Braziliyalı hücumçu Azərbaycana gəldi - SON DƏQİQƏ

15:10 - 5 İyul 2025

"Karvan" yeni hucumçu tapıb.

Sportal az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqaya qayıdan Yevlax klubu David Oliveyra Souza ilə anlaşıb.

Braziliyalı forvard artıq Azərbaycandadır.

28 yaşlı ön xətt oyunçusu sabah tibbi baxışdan keçəcək və səhhətində problem aşkarlanmasa, 1 illik müqavilə imzalanacaq.

Hündürboy (192 sm) «sambaçı» son olaraq Maltada çıxış edib. O, "Zabbar Sent Patrik"in formasını geyinib.

Xəbər xətti