"Neymarı transfer etmək üçün əlimizdən gələni elədik"

17:28 - 20 Sentyabr 2019

"Barselona"nın direktoru Oskar Qrau "Marca"ya açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi yay transfer dönəmində PSJ-dən Neymarın keçidi üçün əllərindən gələni etdiklərini bildirib:

 

"Neymarı transfer etmək üçün əlimizdən gələni elədik. Bütün fikrimiz bu transferi həll etməyə yönəlmişdi. PSJ-yə alternativ təkliflər etdik".

 

"Barselona" yayda PSJ-yə 27 yaşlı hücumçunun keçidi üçün 138 milyon avro və İvan Rakitiçi təklif etmişdi.

 

Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olub.

 

Xəbər xətti