Şərif Şərifov da finala yüksəldi

15:41 - 21 Sentyabr 2019

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının yarımfinal görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançının rəqibi ABŞ-ın 23 yaşlı olimpiya və ikiqat dünya çempionu Kayl Snayder olub. 

 

Azərbaycanlı Avropa, dünya və olimpiya çempionu 5:2 hesabı ilə qalib gələrək həlledici oyuna vəsiqə qazanıb.

 

Şərifov finalda rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu Abdulrəşid Şadullayevlə qarşılaşacaq.

Xəbər xətti