Ayxan Abbasov: "Futboçularda inamı görürdüm"

20:06 - 21 Sentyabr 2019

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın V turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

 "Bu gün soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək buraxmadılar, onlara ehtiyacımız var idi. Əsl azarkeş olduqlarını nümayiş etdirdilər. Digər tərəfdən, futbolçularımıza təşəkkür edirəm. Önəmli həftə idi. Futboçularda o inamı, istəyi görürdüm. Yaxşı qalibiyyət oldu. Hava şəraitnə baxmayaraq, komandamız yaxşı, istəkli oyunla 3 xalı qazandı".

 

Xəbər xətti