Ürfan Abbasov: "Hesab gözlənilməz oldu"

20:13 - 29 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının VI turunda "Sabah"a 0:3 hesabı ilə uduzan "Səbail"in müdafiəçisi Ürfan Abbasov oyundan sonra fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, Abbasov məğlubiyyəti şərh edib:
 
"Hesab bizim üçün gözlənilməz oldu. Ağır oyun olacağını bilirdik. Rəqib görüşə yaxşı başladı. İlk hissədə qol epizodlarımız oldu, ancaq istifadə edə bilmədik. İkinci hissəni isə demək olar, müdafiədə keçirdik və bu səbəbdən 70-ci dəqiqədən sonra qollar buraxdıq. “Sabah”ı əks-hücumlarda yaxalamaq istəyirdik. İstədiyimiz şeylər alınmadı. Fasilədən sonra müdafiədə oturduq".
 
Ürfan fərdi səhvlər etdiklərini bildirib:
 
"Deməzdim ki, 0:3 hesabı oyuna görə oldu. Fərdi səhvlərə yol verdik. Bu oyunu unutmalı, növbəti görüşlərə köklənmək lazımdır".
 
26 yaşlı futbolçu növbəti turda "Neftçi"yə qarşı keçirəcəkləri görüş barədə bunları deyib:
 
“Neftçi” çempionluğa oynayan komandalardan biridir. Əlimizdən gələni edəcəyik ki, nəticəmiz yaxşı olsun".

Xəbər xətti