Acun: "Azərbaycanda oynasam, himnini oxuyaram" - VİDEO

11:02 - 30 Sentyabr 2019

“Fənərbaxça”nın almaniyalı futbolçusu Maks Kruzenin Türkiyə Super Liqasının 6-cı turunda “Qalatasaray”la oyunda Türkiyə himnini oxuması müzakirələrə səbəb olub.

 

Sportal.az xəbər verir ki, "Beyaz TV"də yayımlanan "Beyaz Futbol" verilişində şərhçi Sinan Engin Kruzeyə istiqlal marşını Acun Ilıcalının öyrətdiyini deyib. Digər şərhçi Ahmet Çakar isə Almaniya millisinin sabiq üzvünün bu hərəkətini hoqqabazlıq adlandırıb.

 

Bundan sonra məşhur aparıcı Acun canlı yayıma qoşularaq fikirlərini bölüşüb:

 

"Maks Kruze 30 dəfə Almaniya millisində oynamış futbolçudur, şouya ehtiyacı yoxdur. Almaniyada bizim vətəndaşları sevib, demək ki, biz sevdirmişik. Hər yerdə irqçilik var. Türkiyədə qara dərili oyunçuları çox sevirik. Demək ki, bizim belə bir xüsusiyyətimiz var. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Ancaq buna görə biri mənə şarlatan desə, bütün həvəsim qırılar, özümü sorğu-sual edərəm. Baxıram ki, hər kəs xoşbəxtdir. Bu adam sabah, o biri gün Almaniyaya gedəcək və Türkiyədən danışacaq.  Bir alman getdiyi zaman “məni nə qədər gözəl qucaqladılar”, - desə, yaxşı deyilmi?”

 

Xəbər xətti