Rusiyalı məşqçi: "Ramil Şeydayev millidə ən yaxşı bombardir idi"

Rusiyanın gənclərdən ibarət yığma komandasının məşqçisi Nikolay Koçeşkov 2013-cü ildə Avropa çempionu olan U-17 komandasındakı oyunçularla bağlı "Biznes Online"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis həmin vaxt Rusiyanın U-17 komandasında oynayan Azərbaycan millisinin üzvü Ramil Şeydayev və Moskva "Spartak"ında çıxış edən Ayaz Quliyev barədə bunları deyib:

 

"U-17 oynamış Aleksandr Qolovin və Dmitri Barinovdan başqa, Rifat Cəmaləddinov, Ayaz Quliyev və Anton Mitryuşkin də var. Ramil Şeydayev indi "Dinamo"da çıxış edir. Ramil komandamızın ən yaxşı bombardiri idi. Həqiqətən 5 il bu komandadan istifadə etdik. Onlarla il ərzində 5-6 dəfə görüşürük".

 

Ramil Şeydayev Rusiyanın U-16, U-17, U-18, U-19, U-21 milli komandalarında çıxış edib.

Tarix: 1 Oktyabr [13:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio