"Qarabağ" APOEL-dən daha güclüdür" - "Düdelanj"ın futbolçusu

16:16 - 3 Oktyabr 2019

Lüksemburqun "Düdelanj" klubunun müdafiəçisi Rikardo Delqado Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi açıqlama verib.

 

Sportal.az wort.lu-ya istinadən xəbər verir ki, Lüksemburq millisinin 25 yaşlı üzvü "Qarabağ"ın APOEL-dən daha güclü komanda olduğunu deyib:

 

"Kiprdəki qələbə bizim üçün xeyirli idi. Nəzəri cəhətdən biz daha zəif komandayıq və rəqiblərimizi təəccübləndirəcək gücdəyik. Baş məşqçimiz matçlardan həzz almağımızı və əylənməyimizi istəyir. Çempionatdakı oyunlarla "Qarabağ"la keçirəcəyimiz matç tamamilə fərqlidir. Çətin oyun olacaq. "Qarabağ" APOEL-dən fərqli komandadır. Məncə, "Qarabağ" daha güclüdür. Hamımız bilirik ki, "Sevilya" qrupun favoritidir. Ancaq işlərimiz yaxşı getsə, mümkün qədər xal qazana bilərik. Qrupdakı vəziyyətimizi də sonda görəcəyik. Hiss edirəm ki, Sinani qol imkanı əldə etsə, qaçırmayacaq. Komandamızın potensialına inanıram və 90 dəqiqənin sonunda hamımızın əylənəcəyinə ümid edirəm".

Xəbər xətti