“Qarabağ” bizi yordu” - “Düdelanj”ın futbolçusu

“Düdelanj”ın futbolçusu Tibo Leskoy Avropa Liqasının II turunda “Qarabağ”a uduzduqları (1:4) ev matçından sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin oyuna tam nəzarət etdiyini deyib:

 

“Fərdi səhvlərdən erkən və bəsit qollar buraxdıq. Bundan sonra isə yalnız topun arxasınca qaçmalı olduq. “Qarabağ” bizi yordu. Onlar oyuna tam nəzarət etdilər. Matçda yaranmış fasilənin kömək etməyəcəyini bilirdik. Bu səviyyədə belə məğlubiyyət sürpriz deyil. “Qarabağ” gözlədiyimiz kimi güclü oynadı və oyunu idarə edə bildi”.

Tarix: 4 Oktyabr [13:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2020
24  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio