"Qarabağ"dan Jezniçaka: "Yeni kameramız necədir?" - FOTOLAR

12:59 - 7 Oktyabr 2019

Polşanın "Visla Plotsk" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak sabiq komandasının Premyer Liqanın 7-ci turunda "Sabah"a qarşı keçirdiyi oyunu tribunadan izlədi.

 

Polşalı müdafiəçi keçmiş komadasnının üzvləri ilə görüşüb, şəkillər çəkdirib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın sosial şəbəkə səhifələri Jezniçakın fotolarını incə zarafatla paylaşıb. Media xidməti "Evinə xoş gəlmisən, Kuba! Yeri gəlmişkən, yeni kameramız necədir?", - başlığı ilə fotoları paylaşıb.

 

Jezniçak isə "Mən səni sevirəm, Azərbaycanı" rəyini yazıb.

 

"Kuba" bu yay Polşa mətbuatına müsahibəsində Azərbaycandakı klubların şəraitinin həvəskar səviyyədə olduğunu, bura gəldiyi ilk mövsümdə şəkillərin telefonla çəkilib, sosial şəbəkələrə yerləşdirildiyini demişdi.

 

Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib.

 

Image may contain: 2 people, people smiling, shoes and indoor

Image may contain: 4 people, people smiling, people standing and indoor

Image may contain: 2 people, people smiling, people standing and indoor

Image may contain: 1 person, smiling, standing and indoor

Image may contain: 1 person, smiling, outdoor

Xəbər xətti