İbrahimoviçin İsveçdə heykəli ucaldıldı - FOTOLAR

11:06 - 9 Oktyabr 2019

"Los Anceles Qalaksi"nin ulduz futbolçusu Zlatan İbrahimoviçin İsveçdə heykəl ucaldılıb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı forvard "Instagram"da bu barədə məlumat verib:

 

"Olduğum yerdən asılı olmayaraq, İsveçi təmsil edirəm. Bura mənim evimdir. Nə edirəmsə, İsveç və Malmö üçün edirəm. Nyu-Yorka getsəniz, Azadlıq, İsveçə gəlsəniz, Zlatanın heykəli".

 

Malmö şəhərində ucaldılan Zlatanın heykəli 4 ilə hazır edilib. Açılışda İsveç Futbol Federasiyasının nümayəndələri və 10 minə yaxın azarkeş iştirak edib.

 

Image

Image

Image

Xəbər xətti