Mbappe Türkiyəyə qarşı oynamayacaq

12:02 - 9 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində İslandiya və Türkiyə ilə qarşılaşacaq Fransa yığması ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, PSJ-nin hücumçusu Killian Mbappe zədə səbəbindən yığmanın heyətindən çıxarılıb. 20 yaşlı forvard zədəsini tam sağaltmayıb.

 

Fransa oktyabrın 11-i İslandiya, 3 gün sonra Türkiyə millisi ilə qarşılaşacaq.

Xəbər xətti