Belçikanı final mərhələsinə çıxaran 9 qollu oyun - VİDEO

01:46 - 11 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində VII tura start verilib.

 

Sportal.az xəbər verir ki, I qrupunda qərarlaşan Belçika San Marinonu qəbul edib və 9:0 hesablı qələbə qazanıb.

 

Bu qələbə ilə Belçika yığması xallarını 21-ə çatdırıb və Avropa çempionatının final mərhələsinə yüksələn ilk komanda olub.

 

Belçika - San Marino - 9:0

Qollar: Romelu Lukaku, 28, 41, Naser Şadli, 31, Kristian Brolli, 35 (avtoqol), Tobi Alderveyreld, 43, Yuri Tilemans, 45, Kristian Benteke, 79, Yari Versharen, 84 (pen.), Timoti Kastan, 90

 

Xəbər xətti