İtaliya millisi 81 ildən sonra rekordu yeniləyə bilər

12:27 - 13 Oktyabr 2019

AÇ-2020-nn seçmə mərhələsində Yunanıstanı 2:0 hesabı ilə məğlub edən İtaliya millisi ardıcıl 8-ci qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, Roberto Mançinin kollektivi seçmə mərhələnin növbəti turunda Lixtenşteynə qalib gəlsə, 1938-ci ildə qeydə alınmış rekordu yeniləyəcək.

 

Həmin zaman Vittorio Potsonun baş məşqçisi olduğu İtaliya yığması ardıcıl 9 rəsmi oyunda qalib gəlmişdi.

 

İtaliya millisi 81 illdən sonra rekordu yeniləmək üçün oktyabrın 15-i Lixtenşteynə qalib gəlməlidir.

Xəbər xətti