Marko Rossi: "Hakim Azərbaycanın qolunu saymadığı üçün şanslıyıq"

23:05 - 13 Oktyabr 2019

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində evdə Azərbaycanla matçdan (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirdi.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycanın qolunun sayılmadığına görə xoşbəxt olduğunu söylədi:

 

"Həddindən artıq çox təzyiq altındayam. Ən azı 4-5 dəfə 2-ci qolu vurmaq fürsətimiz oldu. Son dəqiqədə isə Azərbaycan bərabərlik qolunu vurdu. Şanslıyıq ki, hakim təmiz qolu saymadı. İlk 30 dəqiqədə Azərbaycan qapımıza gələ bilmədi. Hücumlarda yaxşı iştirak etdik. Çox şeyi düzəltməliyik. Xorvatiyaya qarşı oyunumuza görə çox utanırdımsa, bu gün özümüzlə çox qürur duyuram. Heç kimi zəif hesab etmək olmaz. Azərbaycan asan rəqib deyil".

Xəbər xətti