"Lion"un yeni baş məşqçisi məlum oldu

16:10 - 14 Oktyabr 2019

Fransanın "Lion" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçi postu Rudi Qarsiyaya həvalə edilib. 55 yaşlı mütəxəssis müqavilə imzalamaq üçün Lion şəhərinə gəlib. Onun szöləşməsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Qarsiya bu postda braziliyalı mütəxəssis Silvinyonu əvəzləyib.

 

Fransalı çalışdırıcı sonuncu dəfə "Marsel"in baş məşqçisi olub.

 

"Lion" Liqa 1-də 9 tura 9 xal toplayıb.

 

Xəbər xətti