PSJ-də Neymar şoku

21:27 - 14 Oktyabr 2019

Nigeriya ilə yoxlama matçında zədələnən PSJ-nin braziliyalı ulduzu Neymarın durumuna aydınlıq gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, sol ayaq əzələsindən zədələnən 27 yaşlı hücumçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Neymar Çempionlar Liqasında "Brügge" ilə matçları, Fransa Liqasında isə "Nitsa", "Marsel", "Dijon" və "Brest"lə qarşılaşmaları buraxacaq.

Xəbər xətti