Əfsanəvi futbolçu irqçiliyə görə göz yaşları tökdü - VİDEO

13:13 - 17 Oktyabr 2019

Bolqarıstan futbolunun və "Barselona"nın keçmiş ulduzu Xristo Stoiçkov ölkəsinin yığma komandasının AÇ-2020-nin seçmə mərhələsində İngiltərə ilə oyununda baş verən hadisələrə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, TUDN kanalının qonağı olan əfsanəvi sima irqçilik edən bolqar azarkeşlərin məsuliyyətə cəlb edilməsini istəyib:

 

"İnsanlar irqçiliyi haqq etmir. O azarkeşləri stadiondan uzaqlaşdırmaq lazımdır. İngiltərədəki kimi 5 il onların stadiona girişini məhdudlaşdırmaq olar".

 

Stoiçkov açıqlama verərkən göz yaşlarına hakim ola bilməyib.

 

Bolqarıstan - İngiltərə matçında (0:6) yerli fanatlar Markus Reşford, Rahim Sterliq və Tayron Minqsi hədəfə alaraq, meymun səsləri çıxarmaqla irqçilik ediblər. Bolqar azarkeşlər Nazi salamı da vermişdi. Buna görə də baş hakim İvan Bebek iki dəfə oyunu dayandırmışdı.

 

Baş verən hadisələrdən sonra Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov istefa verib.

 

Xəbər xətti