"Fənərbaxça" və "Başakşəhər" Azərbaycan xalqını təbrik etdi

12:26 - 18 Oktyabr 2019

Türkiyənin "Fənərbaxça" və "Başakşəhər" klubları 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə sosial şəbəkə hesablarında təbrik statusları paylaşıb.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" Azərbaycan və Türkiyə bayraqlarının birgə paylaşıldığı şəkilə "Dost və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun" sözlərini qeyd edib.

 

 

İstanbulun digər təmsilçisi "Başakşəhər" isə bu sözlərə yer verib: "Qardaş ölkə Azərbaycanın müstəqilliyinin 28-ci ili mübarək olsun. Tək millət, iki dövlət!"

 

Xəbər xətti