"Neftçi"dən ayrılan futbolçu həvəskarlar liqasında

13:20 - 18 Oktyabr 2019

Ötən mövsümün sonunda "Neftçi"dən ayrılan Canluka Sansone karyerasını İtaliyanın səviyyəcə altıncı olan D Seriyasında mübarizə aparan "Kerinqola" klubuna keçib.

 

Sportal.az xəbər verir ki, həvəskar komanda 32 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

 İtaliyalı futbolçu ötən mövsümün fevralında "ağ-qaralar"a keçmişdi və 11 oyuna 2 qol vurmuşdu.

 

Sansone Azərbaycandakı karyerası barədə danışıb: 

 

“Azərbaycanda üç ay yarım oldum. Karyeramda dəyişikliklərin olmasını istəyirdim. "Neftçi"ni çalışdıran həmyerlim Roberto Bordin mənə zəng edib kömək etməyimi xahiş elədi. Mən də onun xahişini yerə salmadım. Lakin İtaliyaya qayıtdım, orada qalmaq mənim üçün asan deyildi. Fərqli mədəniyyət idi. Həm də 32 yaşım var və evli olmamaq mənə çətinlik yaratdı".

Xəbər xətti