Norveç Azərbaycan millisinə 5 qol vurdu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Zamir Həsənovun başçılıq etdiyi komanda Norveçlə qarşılaşıb. Yığma Norveçə 0:5 hesabı ilə uduzub.

 

Milli ilk görüşdə Sloveniyaya 0:6 hesabı ilə uduzub.

 

2007-ci ildən təşkil edilən qitə çempionatının final mərhələsi gələn il mayın 9-dan 22-dək İsveçdə keçiriləcək. Milli komanda 5-ci qrupda mübarizə aparır və oyunlar Farer adalarında keçirilir. Yığmanın qrupda son oyunu oktyabrın 23-də meydan sahiblərinə qarşı olacaq.

 

AÇ-2020. 5-ci qrup. 1-ci tur

20 oktyabr

 

Norveç - Azərbaycan 5:0

Qollar: Lundbalad, 1, Omarsdottir, 6-pen, 18, Dirdal, 19, Hernes,33

Baş hakim: Sulema Qonsales Qonsales (İspaniya)
Baş hakimin köməkçiləri: Eliana Fernandes Qonsales (İspaniya), Hentse Petur Pall Uinter (Farer adaları)
Dördüncü hakim: Rani Andrasson Skaalum (Farer adaları)

Tarix: 20 Oktyabr [18:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio