Əliyar Ağayev "Espanyol"un oyununu idarə edəcək

13:33 - 21 Oktyabr 2019

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan mühüm təyinat alıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı referi Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Ludoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) görüşünü idarə edəcək.

 

24 oktyabr

Avropa Liqası, H qrupu, III tur

 

20:55 Ludoqorets - Espanyol
Baş hakim
: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Orxan Məmmədov (hamısı Azərbaycan)
Hakim-inspektor: Paskal Qaribian (Fransa)
UEFA nümayəndəsi: Mark Bos (Hollandiya)

Razqrad. "Ludogorets Arena".

Xəbər xətti