Millinin Ukrayna ilə oyununun yeri və saatı dəqiqləşdi

12:12 - 28 Oktyabr 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Ukrayna ilə yoldaşlıq oyununun vaxtı bilinib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, noyabrın 19-da"Dalğa Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

 

Milan Obradoviçin rəhbərlik etdiyi milli noyabrın 14-ü AÇ-2021-in seçmə mərhələsində Lixtenşteynlə üz-üzə gələcək.

Xəbər xətti