Premyer Liqada cari mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, IX turda 14 qol vurulub. Bu da cari mövsüm üçün ən yüksək göstəricidir. Toplardan 6-sı “Sumqayıt” – “Neftçi” (2:4), 4-ü “Sabah” – “Zirə” (2:2), 3-ü “Keşlə” – “Qəbələ” (2:1), 1-I “Qarabağ” – “Səbail” oyununa təsadüf edib.

 

Meydan sahibləri və qonaqların eyni sayda – 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bunadək mövsümün rekordu 13 qolun vurulduğu III turda qeydə alınmışdı. Maraqlıdır ki, həmin turda da eyni cütlər üz-üzə gəlib. “Qəbələ” - “Keşlə” və “Səbail” – “Qarabağ” görüşləri eyni – 0:4, “Neftçi” – “Sumqayıt” qarşılaşması 2:1, “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə başa çatıb.

 

Sonuncu dəfə ən azı 14 qolun vurulduğu tur ötən mövsümün sonunda yaşanıb. XXVIII turda indiki kimi 14 qol qeydə alınıb.

 

Tarix: 29 Oktyabr [11:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Noyabr 2019
11  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio