İbrahimoviç İspaniyaya qayıdacağını bəyan etdi

14:15 - 30 Oktyabr 2019

MLS təmsilçisi "Los-Anceles Qalaksi" ilə mövsümün sonunda müqaviləsi bitəcək Zlatan İbrahimoviç İspaniyaya yollanacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Bosniya əsilli isveçli forvard yeni klubunun adını açıqlamasa da, "Instagram"da İspaniyaya gedəcəsiyini bəyan edib.

 

İspaniyaya geri dönəcəyini mesaj verən futbolçunun La Liqa klublarından birinə keçəcəyi iddia edilir. İsveç mətbuatı isə 38 yaşlı futbolçunun "Bethard" mərc şirkətinin İspaniyada lisenziya aldığını və bu səbəbdən Zlatanın belə status paylaşdığını yazıb.

 

İbrahimoviç daha öncə İspaniyanın "Barselona" klubunda çıxış edib.

Xəbər xətti