Türkiyə futbolunda biabırçı olay: klub nümayəndəsini iclasda döydülər - VİDEO

00:51 - 1 Noyabr 2019

Türkiyə Super Liqa təmsilçisi “Ankaragücü” klubunun idarə heyəti hesabat iclası keçirərkən qalmaqal yaşanıb.

 

Sportal.az xəbər verir ki, idarə heyətinin üzvü Əli İhsan Mutlu çıxışı zamanı klub prezidenti Mehmet Yigineri maliyyə hesabatını düzgün təqdim etməməkdə ittiham edib.

 

Klub prezidenti cavabında Əli İhsanı təhqir edib. Digər klub nümayəndələri Əli İhsana hücum çəkib, onu yumruq və təpiklə vurublar.

 

Mühafizə xidməti Əli İhsan tədbirdən çıxarıb.

 

Xəbər xətti