“Yuventus”un 45 milyon avroluq transfer planı

“Zalsburq”da performansı ilə diqqət çəkən Erlinq Holandla "Yuventus" da maraqlanmağa başlayıb.

 

Sportal.az “La Gazetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi qışda Avstriya klubuna təklif göndərəcək.

 

Xəbərdə "qoca sinyora"nın 45 milyon avroluq təklif göndərəcəyi qeyd edilib.

 

Parlayan ulduz bu il 20 yaşadək futbolçuların dünya çempionatında keçirilmiş Norveç – Honduras görüşündə (12:0) 9 qol vuraraq turnirin tarixinə düşmüşdü.

 

19 yaşlı futbolçu bu mövsüm “Zalsburq”da 15 matçda 22 qol vurub, 6 assist edib. O, Çempionlar Liqasında meydanda çıxdığı 3 görüşdə 6 dəfə fərqlənib.

Tarix: 1 Noyabr [14:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio