İngiltərədə Merih Demiral yarışı

13:03 - 2 Noyabr 2019

“Yuventus” türkiyəli müdafiəçisi Merih Demiralla İngiltərə Premyer Liqasından maraqlanan klublar var.

 

Sportal.az “Bleacher Report”a istinadən xəbər verir ki, Turin klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu ilə "Arsenal" və "Mançester Yunayted" maraqlanır.

 

Hər iki klub qış fasiləsində "Yuventus"a təklif göndərəcək.

 

Türkiyə millisinin üzvü bu mövsüm “Yuventus”da bir oyun keçirib. Turin klubu yayda Demiral üçün gələn 40 milyon avroluq təklifi qəbul etməmişdi.

 

“Fənərbaxça”da yetişən 21 yaşlı futbolçu “Sportinq” (Lissabon), “Alanyaspor” və “Sassuolo” klublarında da çıxış edib. “Yuventus” Türkiyə yığmasında 10 matç keçirən oyunçunu bu yay “Sassuolo”dan 18 milyon avroya transfer edib.

Xəbər xətti