Tomas Doll: “Hədəfimiz “Qarabağ”a qalib gəlməkdir”

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb:

 

“Özümü çox yaxşı hiss edirəm. İki həftə əvvəl bəlkə də, komanda yaxşı vəziyyətdə deyildi. Daxili Liqada da bəzi probləmlər yaşadıq və yaxşı oynamırdıq. Bakıda çətin oyun keçdi, amma futbolçular xarakter göstərdi və iki qol vurmaqla bunun öhdəsindən gəldi. İndi hər kəs yaxşı vəziyyətdə olduğumuzu anlayır. Mükəmməl deyilik, amma necə oynamalı olduğumuzu bilirik. “Qarabağ”a səfər oyunlarında 4 qol vurmuşuq və yenə bunu təkrar etmək istəyirik. Üç xal qazanmaq istəyirik və bunu bacara bilərik. “Qarabağ”la Bakıdakı ilk oyun final xarakteri idi və futbolçular qalib gəlməklə mərhələ keçdi. Eyni düşüncələrə sahib olmalıyıq, hər şey mümkündür”.

 

53 yaşlı çalışdırıcı hədəflərinin qələbə olduğunu söyləyib:

 

“Komandada hər kəs bu oyunun məsuliyyətini hiss edir. Bu cür oyunlarda yaxşı konsentrasiyaya ehtiyac var. Fürsətlərimiz olacaq, çox ağıllı olmalıyıq. Hər birimiz matçın önəmli olduğunu bilirik. Bütün futbolçular Avropa Liqasında yola davam etmək istəyir. Fərqli olacaq, çünki evdə oynayacağıq. Komandada necə oynamağı bilən təcrübəli futbolçular var. Bu qarşılaşmadan sonra xallarımızın 4 olmasını istəyirik. Hədəfimiz budur. Roman Bezyak, Antonio Yakoliş və Tomas De Vinsenti komanda ilə az məşq ediblər, amma hamı hazır durumdadır. Bu, müsbət amildir. Hələ bir məşqimiz də var və hər şeyi görəcəyik. Zədəli futbolçularımız qısa zamanda geri dönmək istəyir. Həkimlər və fizioterapistlər möhtəşəm iş gördülər. Bunu görmək gözəldir. Çoxlu seçim imkanım var”.

Tarix: 6 Noyabr [19:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio