APOEL - "Qarabağ" oyununu neçə azarkeş izləyəcək?

13:17 - 7 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin -4cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununda ən azı 10 min azarkeşin olacağı gözlənilir.

 

Sportal.az xəbər verir ki, oyun saatına qədər satılan biletlərin sayının 10 mini keçəcəyi ehtimal edilir. Meydan sahiblərinin azarkeşləri 6500 yunan bayrağı dalğalandıracaq.

 

GSP stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq. Stadionun azarkeş tutumu 22 min 859 nəfərdir.

Xəbər xətti