Ramil Ayazla şəklini paylaşdı: "Həbib deyil, amma adam boğmağı var" - FOTO

Moskva "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev paytaxtın digər təmsilçisi "Spartak"da çıxış edən həmyerlisi Ayaz Quliyevlə görüşüb.

 

Sportal.az xəbər verir ki, Ramil bir zamanlar Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında birgə oynadığı Ayazla fotosunu "Instagram"da paylaşıb. O, şəkli bu başlıqla yerləşdirib: "Bu oğlan Həbibdir. Zarafat edirəm, Həbib Nurməhəmmədov deyil. Ancaq onun da adam boğmağı var".

 

Ayaz Quliyevi Rusiyada UFC döyüşçüsü Həbib Nurməhəmmədova bənzədirlər.

 

Tarix: 11 Noyabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 İyul 2020
8  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio