"Qarabağ"ın futbolçusu Paraqvaya qarşı oynamadı

10:27 - 15 Noyabr 2019

"Qarabağ"ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi Bolqarıstan millisi Paraqvayla yoxlama oyununda 0:1 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, "Vasil Levski" stadionunda keçirilən matçda zədədən yeni qayıdan Slavçev meydana çıxmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Bolqarıstan millisi noyabrın 17-də AÇ-2020-nin seçmə mərhələsində final mərhələsinə vəsiqəni reallaşdıran Çexiyanı qəbul edəcək.

Xəbər xətti