Azərbaycanlı xanım tərcüməçi Beyli tanımadığı üçün konfransdan çıxarıldı

Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin Azərbaycan millisi ilə oyun öncəsi keçirilmiş mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, niderlandlı UEFA nümayəndəsi Mark Bos azərbaycanlı xanım tərcüməçini tədbirdən kənarlaşdırılıb. Buna səbəb Uelsin mətbuat xidməti rəhbərinin xahişi olub.

 

Xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqların narazılığına səbəb olub. Tərcüməçinin Uelsin ulduz futbolçusu Beyli tanımaması qonaq federasiya rəsmisini özündən çıxarıb.

 

Bundan sonra AFFA öz tərcüməçisini mətbuat konfransına göndərməli olub.

Tarix: 15 Noyabr [15:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio