Niderlandda futbolçu irqçi azarkeşlərin cavabını qolla verdi - VİDEO

10:27 - 18 Noyabr 2019

Niderland II Liqasında "Den Boş"la "Ekselsior" arasında oynanan matçda xoşagəlməz hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma irqçi şüarlar səbəbi ilə dayandırılıb. Matçın 29-cu dəqiqəsində hesab 1:1 olarkən qonaq komandanın cinah oyunçusu Ahmad Mendes Moreyra iqrçiliyə məruz qalıb. Təhqirlər səbəbilə futbolçu meydanı tərk edib. Bundan sonra qarşılaşmanın baş hakimi oyunu 10 dəqiqəlik dayandırıb.

 

Matçın bərpasından sonra 44-cü dəqiqədə Moreyra fərqlənərək, komandasını hesabda önə keçirib. O, qoldan sonra irqçi azarkeşlərin qarşısında sevincini qeyd edib. Ancaq qonaqlar qələbə qazana bilməyib. Görüş 3:3 hesabı ilə başa çatıb. Oyunun gedişində sarı vərəqə ilə də cəzalandırılan Qvineya-Bisau əsilli niderlandlı futbolçu 85-ci dəqiqədə əvəzlənib.

 

 

Xəbər xətti