"Neftçi"nin futbolçuları Kosta Rikaya qarşı oynadı

“Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti millisinin heyətində növbəti oyunu keçiriblər.

 

Sportal.az xəbər verir ki, onlar KONKAKAF Milli Liqası çərçivəsində baş tutan Kosta Rika – Haiti matçının (1:1) start heyətində meydana çıxıb. Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. 27-ci dəqiqədə qapısında qol görən qonaqlar 38-ci dəqiqədə Nazonun vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər.

 

Mustivar Haiti millisinin heyətində 19 oyunda 2, Gerye isə 47 oyunda 11 qol vurub.

Tarix: 18 Noyabr [14:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio