Milan Obradoviç: "Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik"

22:50 - 19 Noyabr 2019

U-21 millisinin baş məşqçisi Milan Obradoviç Ukrayna ilə yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan oyunu şərh edib:

 

“Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik. Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldın verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq”.

 

Xəbər xətti