Milli komanda Ukrayna ilə heç-heçə etdi - VİDEO

23:00 - 19 Noyabr 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı komanda Ukraynanın gənclərdən ibarət komandasını qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Azərbaycan - Ukrayna 1:1

Qollar: Ozan Can Kökçü, 48 - Nazari Rusin, 65

 

Xəbər xətti