Slovakiya - Azərbaycan matçının statistikası

03:07 - 20 Noyabr 2019

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsinin son turunda Slovakiyaya 0:2 hesabı ilə uduzdu.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın statistik göstəricilərində meydan sahibləri üstün olub.

 

Slovakiya 16, Azərbaycan isə 4 dəfə qapıya zərbə endirib. Meydan sahiblərinin 8 zərbəsi qapıya istiqamətlənib və 2-si qolla nəticələnib. Slovakiyanın 3 zərbəsi qeyri-dəqiq alınıb. 5 zərbəyə isə blok qoyulub.

 

Azərbaycanın 1 zərbəsi çərçivəyə ünvanlanıb, 3-ü isə qeyri-dəqiq alınıb.

 

Künc zərbələrində də meydan sahibləri üstün olub - 5:1.

 

Topa yiyələnmə də Azərbaycan millisi rəqibindən geri qalıb: 39 faiz – 61 faiz.

 

Slovakiyalı futbolçuların 674 ötürməsinin 607-si dəqiq alınıb (90 faiz). Azərbaycan millisinin üzvləri isə 372 ötürmənin 294-də dəqiq oynayıblar (79 faiz).

 

Xəbər xətti