"AFFA Azərbaycan futbolunu irəli aparmaq əvəzinə, 24 il əvvələ qaytarıb" - İlkin Xəlilovdan sərt sözlər - VİDEO

15:04 - 20 Noyabr 2019

Daha bir seçmə mərhələ başa çatdı. Azərbaycan millisi tarixində ən biabırçı nəticəni göstərərək seçmə mərhələni 1 xalla başa vurdu.

 

İndiyədək belə zəif göstərici yığmanın ilk dəfə qatıldığı seçmə tsikldə - AÇ-96-da qeydə alınmışdı. O zaman milli komandanın yeni formalaşması, beynəlxalq oyun təcrübəsinin yoxluğu, ev oyunları Bakıda yox, Trabzonda keçirməyimiz kimi amillər 1 xala müəyyən bəraət qazandırırdı.

 

Amma indi... AFFA illik 24 milyonluq büdcəyə malik olmasına, dövlətdən hər cür dəstək almasına baxmayaraq normal milli komanda yarada bilmir. Nə aşağı yaş qrupları üzrə yığmalarda nəticə var, nə də əsas millidə.

 

Azərbaycan seçmə mərhələdə 1 xal toplamaqla Avropanın 55 ölkəsi arasında yalnız San-Marino və Cəbəllütariqi qabaqladı. Andorra, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar belə, AÇ-2020-nin seçmə mərhələsində bizim yığmadan çox xal topladı.

 

Sportal.az seçmə mərhələnin yekunlarından bəhs edən videosüjeti təqdim edir.

 

 

 

Xəbər xətti