Asmir Beqoviç "Qarabağ"dan gedir

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç qış fasiləsində komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”a qayıdacaq.

 

“Qarabağ” bosniyalı qapıçını yayda "gilaslar"dan 6 aylıq icarəyə götürmüşdü. Onun müqaviləsi dekabrın sonu başa çatacaq.

 

“Qarabağ” Avropa Liqasının qrupunda qaldığı üçün Beqoviçlə müqaviləni uzatmamaq qərarına gəlib.

Tarix: 1 Dekabr [15:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio