“Marafon” revanş aldı, “Araz” darmadağınla qalib gəldi

00:20 - 3 Dekabr 2019

Bu gün futzal üzrə Yüksək Liqada 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, ikinci dövrənin ilk oyununda lider “Araz”la “Baku Fire” üz-üzə gəlib. Bu komandalar arasında keçirilmiş görüşdə “Araz” 4:1 hesablı qələbə qazansa da, debütant təcrübəli rəqibinə kifayət qədər həyəcanlı dəqiqələr yaşatmışdı. Bu dəfə isə “Araz” böyük hesabla qalib gəlib.

 

Turun mərkəzi oyununda “ilk 4-lüy”ə iddialı “Neftçi” və “Marafon” komandaları üz-üzə gəlib. 3:1 hesabı ilə qalib gələn “Marafon” birinci dövrədəki yenilginin də revanşını almış olub.

 

EKOL – “Premier” duelində favorit qələbə qazanıb. Hərçənd debütant təcrübəli rəqibinə kifayət qədər müqavimət göstərməyi bacarıb.

 

Növbəti oyun nominal qonaqların məhsuldarlığı ilə yadda qalıb. “Tələbələr” fasiləyə qədər 6 cavabsız top vurub. İkinci hissədə rəqibinə cəmi bir dəfə fərqlənmək imkanı verən “Bakı” TFK yekunda böyükhesablı qələbə qazanıb.

 

Turun son oyunu baş tutmayıb. “Xızı Futzal” təyin olunan vaxtda meydana çıxmadığına görə, nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

 

“Baku Fire” – “Araz” (1:5) 2:10

Qollar: Rauf Rüstəmov, 05:26, Reza Tolouei, 20:41 // Hadi Ahmadi, 01:25, Hadi Rezvan, 02:39, 25:52, Murilo Borges Souza, 09:44, 17:33, 26:44, Nihad İsmayılov, 16:35, 33:50, Xətai Bağırov, 36:28, Amir Shojaei, 37:51

 

“Neftçi” İK – “Marafon” (0:2) 1:3

Qollar: Emil Həsənzadə, 21:44 // Vitali Borisov, 02:28, 19:45, Sərxan Məstiyev, 33:10

 

EKOL - “Premier” (Quba) (2:0) 4:1

Qollar: Fərid Ələkbərov, 08:15, Talebmohammad Arabpour, 08:50, Namiq Məmmədkərimov, 25:15, Əsgər Abasov, 37:28 // Vüqar Asaliyev, 09:44

 

“Yasamal” İSK – “Bakı” TFK (0:6) 1:8

Qollar: Əlimirzə Daşzərini, 26:20 // Fərid Səmədzadə, 02:50, Emin Abbasov, 03:50, 08:59, Elvin Adışırinli, 06:35, 16:34, 18:38, 27:11, Tural Lətifov, 31:58

 

 

“Record club” – “Xızı Futzal”: “Xızı Futzal” komandası təyin olunmuş vaxtda meydana çıxmayıb.

Xəbər xətti