"Breşiya" Fabio Qrossonu istefaya göndərdi

17:51 - 3 Dekabr 2019

İtaliyanın “Breşiya” klubu baş məşqçisi Fabio Qrosso ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi noyabrın 4-də baş məşqçi təyin olunan 42 yaşlı mütəxəssisi uğursuz nəticələrə görə istefaya göndərib.

 

İtaliya yığmasının sabiq üzvünün əvəzinə Eugenio Korini baş məşqçi təyin edilib.

 

“Breşiya” 13 turdan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti