"Qarabağ"dan "Vest Hem"ə keçə bilər

11:42 - 8 Dekabr 2019

“Qarabağ”la ilin sonunda müqaviləsi başa çatacaq bosniyalı qapıçı Asmir Beqoviç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 32 yaşlı qapıçı ilə “Vest Hem” maraqlanır. Bundan əlavə, Çempionşipdə mübarizə aparan "Derbi" və "Birmingem" klubları da təcrübəli qapıçını transfer etmək istəyən klublar arasındadır. Beqoviç Niderlandın PSV klubunun da transfer hədəfindədir.

 

Asmir Beqoviç "Qarabağ"da qalmağa da müsbət yanaşır. Komandanın baş məşqçisi Qurban Qurbanov son açıqlamasında bu barədə fikirlərini bildirmişdi: "İlin sonunda müqaviləsi başa çatır. Ancaq rəhbərliklə danışıq aparacağıq. Qalmasını istəyirik. Bizdən asılı olanı edəcəyik. İndi dəqiq cavab verə bilmərəm. Özü ilə danışmışıq, qalmaq istəyir. Bakını xoşlayır, komandaya qarşı pozitivdir. Bu məsələ təxminən 1 aya həll olunacaq".

 

“Vest Hem”in Beqoviçi transfer etməkdə daha çox istəkli olduğu vurğulanıb.

Xəbər xətti