Miloş Bakraç: "Zaur Həşimovun nə planları var idisə, yerinə yetirdik" - MÜSAHİBƏ

Premyer Liqanın 14-cü turunda "Səbail"ə 4:1 hesabı ilə qalib gələn "Zirə"nin müdafiəçisi Miloş Bakraç oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı monteneqrolu futbolçu qələbəni şərh edib:
 
- Yaxşı başladıq. Vacib olan erkən qol vurmaq idi və 5-ci dəqiqədə hesabı açdıq. Zaur Həşimovun nə planları var idisə, onu da yerinə yetirdik. Qələbəyə layiq olduq.
 
- “Səbail” 1 qol vurduqdan sonra fərqi azaltmaq üçün təzyiqi artırmışdı. 3 qol vurduqdan sonra arxayınlaşmışdınız?
- İkinci qoldan sonra bir az rahatlaşdıq. Üçüncü qoldan sonra özümüzü daha rahat hiss elədik. “Səbail” 1 qol vuranda bir çətinlik yaşadıq. Onlar 2-ci qolu da vura bilərdi, lakin biz sonda 4-cü topu vurduq.
 
- “Zirə” qış fasiləsinə 5-ci yerdə yollandı. Çıxışınızı necə dəyərləndirirsən?
- Kubokda “Səbail”lə hələ daha iki oyunumuz qalıb. Bu oyunlardan sonra danışacağıq. Zaur Həşimov artıq 2 aydır bizimlədir və inanırıq ki, qələbələr bizi gözləyir.
 
- “Səbail”i böyük hesabla məğlub etdiniz. Bu komandanı kubokda da rahat keçəcəyinizi düşünürsünüz?
- Hər oyun fərqlidir. Həmin iki oyuna bu görüşdəki kimi yanaşsaq, uda bilərik. Lakin hər oyuna fərqli yanaşırıq.
 
- Karyeranda qısa müddət ərzində eyni komanda ilə tez-tez qarşılaşmışdın?
- Xeyr.
 
- Maraqsız deyil?
- Biz peşəkarıq, işimiz budur. Püşkatmanın nəticəsi belə oldu. Meydana çıxmalı və oynamalıyıq.
 
- Papazoqlunu əsas heyətdən çıxardığını demək olar?
- Bunu ancaq Zaur Həşimov deyə bilər. O, necə tapşırırsa, elə də oynayırıq.
Tarix: 8 Dekabr [21:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2020
22  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio