"Zirə"nin Premyer Liqada 150-ci qolu

“Zirə” Azərbaycan Premyer Liqasında yubiley – 150-ci qolu vurub.

Sportal.az xəbər verir ki, bu, XIV turun “Səbail”lə ev matçına təsadüf edib.

4:1 hesablı qələbə qazanan “qartallar”ın ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topa 20-ci dəqiqədə Nicat Süleymanov imza atıb.

Premyer Liqada 134-cü oyununu keçirən “Zirə” matçın sonunda qol sayını 152-yə çatdırıb. Komandanın orta məhsuldarlığı 1,13-ə bərabərdi. Bu qollardan 89-u evdə, 63-ü səfərdə vurulub.

2015-ci ildən Premyer Liqada çıxış edən “qartallar” 100-cü qolu da “Səbail”lə oyunda rəqib qapısından keçirib. 1-ci və 50-ci toplar isə AZAL-la görüşlərə təsadüf edib.

Tarix: 9 Dekabr [15:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2020
23  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio