Uels nümayəndə heyəti Azərbaycanda

00:45 - 10 Dekabr 2019

Uels Futbol Assosiyasının nümayəndələri Azərbaycana gəlib.

 

Sportal.az xəbər verir ki, rəsmilər AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtımızdadırlar.

 

İyunun 13-də İsveçrə, 4 gün sonra isə Türkiyə millisi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək britaniyalıların nümayəndələri hazırlıq keçəcəkləri mümkün təlim-məşq bazalarına baxırlar. Uelslilər qrup mərhələsi çərçivəsində İtaliya ilə son oyuna qədər Bakıda məskunlaşacaqlar.

Xəbər xətti